"Sosial vəziyəti ağır olan ailələrə mikokreditlər verilə bilər" Deputat
"Nazirlər kabinetinin 2015-ci il hesabatı ətraflı, dəqiq, obyektivliyi əks etdirir". SİA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.
2015-ci ildə iri layihələrin həyata keçirilməsini qənaətbəxş hesab edən millət vəkili söyləyib ki, dünyada baş verən proseslər zəmnində Azərbaycanda ÜDM az da olsa artıb: "Qida məhsulları istehsalında 2,9 faiz, metal istehsalında 54,1 faiz artım olub. Bu sahələrdə artımın olması müsbət haldır".
E.Axundova çıxışı zamanı müxtəlif təkliflər də irəli sürüb: "Azərbaycanda Sosial Mənzil Fondu yaradılmalıdır. Bu qurumun olmaması, bəzi problemlərə gətirib çıxarıb. Aztəminatlı və çoxuşaqlı ailələr üçün sosial mənzillər tikilməlidir. Bununla bağlı, bir neçə dəfə müzakirələr aparılsa da, yerinə yetirilməyib. Sosial mənzilllərin tikilməsində iştirak edən şirkətlərə dövlət tərfindən güzəştlər də edilə bilər".
Millət vəkili çıxışı zamanı ünvanlı sosial yardımlarla bağlı edilən şikayətlərdən də danışıb: "Bizə edilən müraciətlərin 90 faizini ünvanlı sosial yardımlar təşkil edir. Ünvanlı sosial yardım əhalini ələ baxımlılığa öyrətdi. Almayanlar alanlardan, alanlar da miqdarın azlığından şikayətlənirlər. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial yardımlarla bağlı yeni model hazırlanır. Bu iş sürətləndirilməlidir. Sosial vəziyəti ağır olan ailələrə mikokreditlər verilə və işlə təmin oluna bilərlər. Sadalananlar problemlərin hamısı deyil. İkinci dərəcəli yolların tikilməsinə ayrılan vəsaitlər səmərəsiz istifadə olunması, əsasən kənd məktəblərində istilik sisteminin olmaması, münbit torpaqlar əkilib-becərilməməsi, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kəndlərdə heç bir şəraitin olmaması ilə bağlı problemlər də mövcuddur. Biz bu problemləri üzə çxıarıb onları həll etməyə çalışmalıyıq".
Millət vəkili çıxışı zamanı qeyd edib ki, iaşə obyektlərinin mətbəxtlərində sanitariya və gigiyena qaydalarına riayət olunmur: "Orada çalışanlar bir neçə dəfə tibbi müayinədən keçməlidirlər. Otel və baxçalarda bu qaydalara riayət olunur. Lakin bəzi sahibkarlar bundan yayınmağa çalışırlar. Bu da hepatit B, C və digər xəstəliklərin yayılmasına şəait yaradır. Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olunmalıdır. Özəl klinikalara tibbi arayışın verilməsi qadağan edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB