Baş nazir: “Maliyyə çətinliyinə baxmayaraq, inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb”

Baş nazir: “Maliyyə çətinliyinə baxmayaraq, inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb”

"Ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb". SİA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən Baş nazir Artur Rasizadə deyib.

Onun sözlərinə görə, ötən il ölkənin qeyri-neft sektoru 10% artıb: "Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55%-i qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq, inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib".

2015-ci ildə Azərbaycanda Ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilib: "Bunun da səbəbi Dağlıq Qarabağ münaqişəsinin davam etməsidir. Qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır və beynəlxalq qurumlar bu məsələdə hüquqa zidd mövqe tutub. Bunu nəzərə alaraq Ordunun gücləndirilməsinə xüsusi diqqət yetirilib və Ordumuz xeyli güclənib. Düşmənin təxribatlarına Ordumuzun verdiyi tutarlı cavablar da bunu sübut edir".

Bütün xəbərlər Facebook səhifəmizdə