Ankarada keçiriləcək iclasda enerjiyə dair müzakirələr olacaq

Ankarada keçiriləcək iclasda enerjiyə dair müzakirələr olacaq

Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Ankarada keçiriləcək. SİA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumatına görə, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan Prezidentindən gəlib.

Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.

Qeyd edək ki, iclasda və danışıqlarda enerji mövzusunda regional müstəvidə əhəmiyyətli qərarların alınması gözlənilir.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə