Ankarada nəqliyyatın hərəkəti bərpa olunub

Ankarada nəqliyyatın hərəkəti bərpa olunub

Martın 13-də Türkiyənin paytaxtı Ankarada baş verən məlum terror hadisəsindən sonra artıq Qızılay meydanında nəqliyyatın hərəkəti bərpa olunub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qızılay meydanındakı Atatürk parkında hadisəyə aid bütün izlər bələdiyyə əməkdaşları tərəfindən təmizlənilib.

Buna baxmayaraq ağ örtüklə bağlanan avtobus dayanacaqları, iş yerlərinin önündəki səkilər piyadaların üzünə hələ açıq elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə