Ankara hadisələrinin Azərbaycan-Türkiyə enerji layihələri ilə əlaqəsi
"Ankarada baş verənlərin məhz Türkiyə prezidentinin Azərbaycana səfər öncəsinə təsadüf etməsi bir sıra haqlı şübhələrə yol açır". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Türkiyə prezidentinin Azərbaycana səfərinin həyata keçiriləcək enerji layihələrinin gerçəkləşdirilməsi ilə bağlı olduğunu dilə gətirən E. Mirzəbəyli söyləyib ki, bu layihələrin gerçəkləşdirilməsinə maraqlı olmayan qüvvələr də var: "Həmin qüvvələrin Ankarada baş verənlərdə hər hansı bir formada iştirakı mümkündür. Bundan başqa Ankarada 5 ay müddətində təxminən 3 terror aktının törədilməsi cinayətin siyasi mesaj xarakterli olduğu ehtimalını da yaradır. Terror aktları adətən İstanbulda, Diyarbəkirdə və bu kimi digər ərazilərdə həyata keçirilirdi. Son dövrlər isə paytaxt Ankarada həyata keçirilməsi təsadüfi deyil. Hadisələr bölgədə geosiyasi maraqlar uğrunda mübarizə aparan güclərin birinin sifarişi ilə keçirilə və Türkiyənin siyasi hakimiyyətinə mesaj xarakteri daşıya bilər".
Politoloq indiki şəraitdə terrorun gücdən başqa, hər hansı din tanımadığını nəzərə alaraq terrora qarşı mübarizədə daha sərt mövqe nümayiş etdirilməsinin vacibliyini qeyd edib: "Baş verənlərə baxmayaraq düşünürəm ki, regionda enerji layihələrin həyata keçirilməsinə yönəlmiş addımlar təxirə salınmadan həyata keçirilməlidir. Terror qrupların və onların arxasında duran dairələrin təhdidlərinin qarşısından geri çəkilmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB