PKK-ya qarşı hava əməliyyatı keçirilir

PKK-ya qarşı hava əməliyyatı keçirilir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK-ya qarşı hava əməliyyatı keçirir. SİA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalındakı Qəndil və Qara bölgələrindəki PKK bazalarına hava zərbələrinin endirildiyini açıqlayıb.

Açıqlamada qeyd olunur ki, göstərilən ərazidə PKK-ya qarşı keçirilən hava əməliyyatı zamanı 18 hədəf yüksək dəqiqliklə vurularaq məhv edilib. Bu gün yerli vaxtla saat 03-00 – 05-00 radələrində baş tutan, 9 ədəd F-16 və 2 F-4 2020 hərbi təyyarələrinin cəlb olunduğu aviaəməliyyat zamanı PKK-nın hərbi sursat anbarı, səngərləri və sığınacaqları dağıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə