Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu ötən gün Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda həyatını itirənlərin sayını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, səhiyyə naziri ölənlərin sayının 37 nəfərə çatdığının bildirib.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB