Türkiyənin Səhiyyə Nazirliyi ötən gün Ankaranın Kızılay meydanında baş verən partlayış nəticəsində yaralıların sövq edildiyi xəstəxanalarda qana ehtiyacın olmadığını bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə Qızıl Aypara Cəmiyyəti isə partlayışla əlaqədar olaraq qan ehtiyatlarının kafi olduğu haqqda xəbər yayıb.
Türkiyə Qızıl Aypara Cəmiyyətinin yaydığı xəbərdə deyilir ki, xəstəxanalara 532 modul qan göndərilib: "Qan ehtiyaclarını qarşılamaq üçün hər cür tədbir alınıb".
Səhiyyə Nazirliyi isə yaralılar haqqında ALO 184 xəttindən məlumat almağın mümkünlüyü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB