"Hücumun reallaşdığı Ankarada əldə edilən tapıntılara və kəşfiyyat analizlərinə əsaslanaraq bu xain hücumu reallaşdıran terror təşkilatlarına dair konkret məlumatlar əldə edilib. Ən qısa zamanda davam etdirilən araşdırma nəticəsində hadisəni törədənlər haqqında xəbərlər ictimaiyyətə təqdim olunacaq". SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Baş nazir bu hücumda həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfa, həlak olanların ailələrinə, yaxınlarına, bütün vətəndaşlara isə səbr diləyib: "Avtobus gözləyən vətəndaşları hədəfə alacaq qədər gözü dönmüş bu insanlıq və vicdan məhrumu qatilləri ölkəm, millətim və hökumətim adından lənətləyirəm. Hücumlar qarşısında millətin birliyi və bərabərliyi, səbr və təmkinli olması terrorçuların çatmaq istədiyi hədəfə veriləcək ən doğru cavab olacaq. Bu kimi hallar tezliklə onların qaranlıq planlarını alt-üst edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB