Ankaradakı terrora dünya ölkələrindən REAKSİYA

Ankaradakı terrora dünya ölkələrindən REAKSİYA

Ankarada 34 insanın həlak olduğu terror hadisəsiylə bağlı bir sıra ölkə və təşkilatlardan şərhlər gəlməkdə davam edir. SİA həmin şərhləri təqdim edir

Avropa Birliyi

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və AB Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə müzakirələrinə məsul komissarı Johannes Hahn Ankaradakı terror hücumu ilə əlaqədar ortaq açıqlama verib. Onlar Türkiyə hökuməti ilə əlaqələrinin güclü olduğunu dilə gətiriblər. Terror hadisəsi zamanı həyatını itirənlərin ailələrinə və dostlarına başsağlığı verərək bütün yaralılara şəfa diləyiblər: "AB bu cür şiddətə məruz qalan hər kəsin yanında olmağa davam edəcək. Qlobal terror təhdidiylə mübarizə üçün beynəlxalq əməkdaşlığı sürətləndirməyə dair verdiyimiz əhdimizə sadiqik. olan güclü əhdimizi yineliyoruz".

NATO

NATO-nun baş katibi Jens Stoltenberg: "Ankaranın mərkəzindəki avtobus dayanacağına baş terror hücumunu güclü şəkildə qınayıram. Qurbanların yaxınlarına, sevənlərinə və Türk xalqına başsağlığı diləyir, yaralılara şəfa diləyirəm. Bu cür vəhşiliyə heç bir şəkildə ad verə bilmirəm. NATO müttəfiqləri, o cümlədən də Türkiyə ilə həmrəylik çərçivəsində terrorla mübarizədə qərarlıdır".

ABŞ

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price isə yazılı şərhində Ankaradakı terror hücumunun ABŞ rəhbərliyi tərəfindən şiddətlə qınandığını qeyd edib: "ABŞ bir çox günahsız insanın həyatını itirməsinə və bir çoxunun da yaralanmasına səbəb olan Ankaradakı terror hücumunu şiddətlə qınayır. Həyatını itirənlərin yaxınlarına baş sağlığı verir".

KANADA

Kanada xarici işlər Nazirliyinin Twitterdə paylaşdığı şərhdə qeyd olunub ki, Kanada Ankarada meydana gələn son və mənasız hücum qarşısında dəhşət içindədir. Bütün duyğularımızla dostumuz və müttəfiqimiz olan Türkiyənin yanındayıq.

AZƏRBAYCAN

Azərbaycan Prezidenti İlham Əliyev Ankaradakı terror hücumu ilə əlaqədar Türkiyə prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Azərbaycan prezidenti bildirib ki, terrorizmi şiddətlə qınayır, terrora qarşı ən sərt şəkildə mübarizə aparılmalıdır: "Yaşanan faciə səbəbiylə, sizə, həyatını itirənlərin ailə və yaxınlarına , qardaş Türk xalqına özüm və Azərbaycan xalqı adından başsağlığı verir, yaralılara şəfa diləyirəm".

FRANSA

Fransa prezidenti Fransua Olland ölkəsinin terrorla mübarizədə Türkiyənin yanında olduğunu açıqlayıb.

İNGİLTƏRƏ

İngiltərənin Baş naziri Devid Cameron paytaxtda yaşanan partlamanın ardından rəsmi Twitter hesabından Ankarada yaşanan terror hücumlarından dəhşətə gəldiyini paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə