Terrorda istifadə olunan maşın oğurluq çıxdı İDDİA

Terrorda istifadə olunan maşın oğurluq çıxdı İDDİA

Martın 13-də Ankara son 5 ayın 3-cü terror hadisəsi ilə üz-üzə qaldı. Ankaranın "Kızılay" meydanının yaxınlığında Bakı vaxtı ilə 20:45-də törədilən terror aktı nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dayanacaqda gözləyən vətəndaşları hədəf alan avtomobil yanvarın 10-da Şanlıurfadan oğurlandığı iddia olunub. Terror aktında istifadə olunan BMW markalı avtomobil əslində yaşlı bir qadına aid olub və oğurlanaraq Diyarbakıra aparılıb.

Habertürk qəzetindən Neşet Dişkayanın xəbərinə görə, maşının fevral ayının 26-da Ankaraya gətirildiyi iddia edilib.

Qeyd edək ki, Ankara polisi bundan 2 həftə öncə Kızılay bölgəsində bombalı vasitənin yerləşdirildiyinə dair həyəcan siqnalı alsa da, axtarışlar nəticəsində heç bir bomba tapılmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə