Rusiya ABŞ-dan açıqlama tələb etdi

Rusiya ABŞ-dan açıqlama tələb etdi

Vaşinqtonun Məhkəmə Tibbi Ekspertiza qurumu Vaşinqtonda qaldığı oteldə ölü aşkar edilən Rusiya Prezidenti Vladimir Putinin media sözçüsü Mixail Lesinin boyun, qarın, qol və qıç nayihələrində zədə izləri aşkar edib.

Kolumbia polis spikeri Haq Keruv məsələ ilə bağlı istintaq işinin davam etdirildiyini bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtondan məsələ ilə bağlı açıqlama gözlədiklərini və istintaq prosesinin gedişi ilə əlaqədar məlumat istədiklərini açıqlayıb.

Qeyd edək ki, 57 yaşlı mətbuat nümayəndəsi Mixail Lesin noyabr ayında Vaşinqtonda qaldığı oteldə başından zədə alaraq dünyasını dəyişmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə