İran və Əfqanıstandakı vəziyyət müzakirə olunub

İran və Əfqanıstandakı vəziyyət müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün də davam edən IV Qlobal Bakı Forumunda İran, Əfqanıstan, eləcə də Xəzəryanı bölgələrdəki vəziyyət müzakirə olunub. SİA-nın məlumatına görə, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattininin moderatorluğu ilə keçən paneldə sabiq xarici işlər naziri bildirib ki, Yaxın və Orta Şərqdə sülhün və təhlükəsizliyin təmin olunmasında inteqrasiya ən vacib amillərdəndir.

Gürcüstanın sabiq Vaş nazirinin müavini Eka Tkeşelaşvili regiondakı mürəkkəb vəziyyətdən danışıb. O, region ölkələrində təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb.

Livanın sabiq Baş naziri Fuad Seniora da çıxışında region ölkələrindəki mövcud problemlərdən və bu problemlərin qonşu ölkələrə təsirindən danışıb.

Pakistanın sabiq Baş naziri Şaukat Aziz isə öz çıxışında bildirib ki, müasir dünyada təcrid etmək yox, daha çox cəlb etmək üsulu ilə hərəkət etmək lazımdır. "Regiondakı dövlətlər bir biri ilə əməkdaşlıq qursalar bu əməkdaşlıqdan çox faydalanarlar"-deyə o çıxışında bildirib.

Daha sonra panel öz işini tədbir iştirakçıları arasında müzakirələrlə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə