Monteneqronun Prezidenti Filip Vuyanoviç Monteneqro ilə Azərbaycan arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətlərinin olduğunu deyib. SİA xəbər verir ki, prezident bu sözləri jurnalistlərə açıqlamasında qeyd edib.
Onun sölərinə görə, ikitərəfli əlaqələrin gələcək inkişafı üçün yaxşı baza yaradılıb.
Prezident diqqətə çatdırıb ki, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. "Cənub" qaz dəhlizi layihəsi qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Onu cəsarətlə "Əsrin layihəsi" adlandırmaq olar.
Forumun qlobal əhəmiyyət daşıdığını qeyd edən Filip Vuyanoviç buna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB