Azərbaycanla ISESCO arasında sıx əməkdaşlıq mövcuddur FOTO

Azərbaycanla ISESCO arasında sıx əməkdaşlıq mövcuddur FOTO

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb. SİA-nın xəbərinə görə, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva baş direktor Əbdüləziz Osman əl-Tuveycrini yenidən Bakıda görməkdən məmnun olduğunu bildirərək, Azərbaycan ilə təşkilat arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva IV Qlobal Bakı Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirdi, ölkəmizin dostlar üçün hər zaman açıq olduğunu vurğuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə