lV Qlobal Bakı Forumu çərçivəsində "Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi" mövzusunda dinləmələr keçirilib. SİA-nın məlumatına görə, spikerlər - İrlandiyanın sabiq baş naziri Berti Ahern, Polşanın sabiq prezidenti Bronislav Komorovski, Ruminiyanın xarici işlər nazirinin müavini Daniel Lonita, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma, Latviyanın sabiq prezidenti, NGBM-nın həmsədri Vaira Vike-Frayberqa, Ukraynanın sabiq prezidenti Viktor Yuşenko, Rusiya xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov mövzu ətrafında fikilərini bildirərək deyib ki, hazırda Ukraynads qlobal terror təhlükəsi özünü göstərməkdədir ki, bu da beynəlxalq birliyin nəzarətini zəruri edir. Qeyd edilib ki, 2016-cı ildə konfiliktlər siyahısında olmamasına baxmayaraq, Ukrayna münaqişəsi beynəlxalq təhlükəsizliyi hələ də təhdid edir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən Foruma sabah yekun vurulacaq.
"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB