Türkiyənin sabiq XİN rəhbəri: "Demokratiyanı kənardan ölkəyə gətirmək mümkün deyil"

Türkiyənin sabiq XİN rəhbəri: "Demokratiyanı kənardan ölkəyə gətirmək mümkün deyil"

"Bu gün Rusiya Suriyada əsas gücə çevrilib". SİA-nın məlumatına görə, bunu bu gün lV Qlobal Bakı Forumu çərçivəsində "Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət planına doğru" mövzusunda çıxışı zamanı Türkiyənin sabiq Xarici işlər naziri (1991-1994) Hikmet Çetin deyib.

Onun sözlərinə görə, Demokratiyanı kənardan ölkəyə gətirmək mümkün deyil: "Bunu bəzi dövlətlər başa düşmür. Məhz elə bu səbəbdən hamımız düşünməliyik ki, niyə xarici hərbiçilər Bəşər Əsədə qarşı mübarizə aparsınlar. ABŞ, Rusiya və digər böyük dövlətlər Bəşər Əsədlə danışıqlar aparmalı idilər ki, yeni hömumət yaradılsın. Amma Bəşər Əsədsiz bu reallığa çevrilməli idi. Türkiyə bütün ölkələrdən fərqli olaraq bu problemin təsiri altında düşmüşdü. Suriya 200 müxtəlif qruplar var. Həmin qruplar isə döyüşlərdə iştirak edirlər. İkinci problem isə qaçqınlar məsələsidir. Üçüncü məsələ süni islam təriqətlərinin şiələrə qarşı problemidir. Düşünürəm ki, dünya bu proseslərə öz töhfəsini verməlidir"

Bütün xəbərlər Facebook səhifəmizdə