Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib. Sİa-nın xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, yüksək səviyyədə təşkil edilən tədbirin ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunun getdikcə daha da artdığı bildirildi. Qeyd olundu ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.
Dövlət başçısı həmçinin İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edildi.
Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB