Livanın sabiq prezidenti: "Suriyaya kənardan müdaxilənin qarşısını almalıyıq"

Livanın sabiq prezidenti: "Suriyaya kənardan müdaxilənin qarşısını almalıyıq"

"Suriyada çoxlu sayda nümayişlər keçirildi. Bu nümayişlərin başlanğıcı əsasən Suriya hökumətinin 40 il hakimiyyətdə olmasından yorulub keçirilirdi. İnsanlarda ümid var idi ki, bu diktaturadan canlarını qurtara biləcəklər". SİA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumu çərçivəsində "Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət planına doğru" mövzusunda çıxışı zamanı Livanın sabiq Prezidenti (1982-1988) Amine Gemayel deyib.

Onun sözlərinə görə, orada çoxsaylı inqilablar keçirilmişdi və bunun nəticələri çoxsaylı olmuşdu. Bu böyük bir problem idi. Problemi sosial, iqtisadi baxımdan həll etmək çətin idi. Mən 2 nəticə haqqında danışmaq istərdim. Birincisi, regional beynəlxalq müstəvilər Suriya böhranına beynəlxalq səviyyədə yönəldilən diqqət idi. Digəri isə Səudiyyə Ərəbistanın ətrafında olan güclərlə bağlı idi. Sonra bəzi alyanslar yarandı. Əsas odur ki, Suriyanın daxili işlərinə kənardan müdaxilənin qarşısı almalıyıq. Oda yağ tökməməliyik. Biz regionda yeni şiə hərəkətini görürük. Hətta İraqda da biz bu problemi görürük. Bu yeni şiəlikdi. Artıq bizdə də qaçqınlar xeyli çoxdu. Bu Livanın iqtisadiyyatına böyük təsir göstərir. Livanda işsizlik artır. Çünki qaçqınlara iş vermək daha asanddır. Biz Livanda bunun pis nəticələrini görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə