İtaliyanın sabiq XİN rəhbəri: "Bir uşaq ölürsə, bu, insan dramasıdır"
"Biz bilmədiyimiz, tanımadığımız insanlara silah satmağın tərəfdarı deyilik. SİA-nın məlumatına görə, bunu bu gün İtaliyanın sabiq Xarici işlər naziri (2002-2004; 2008-2011) Franko Frattini IV Qlobal Bakı Forumu çərçivəsində "Suriya Naminə Qlobal Məsuliyyət: fəaliyyət planına doğru" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İtaliya dövləti buna çox həssas yanaşıb: "Avropa böhranın həll olunmasına töhfə verməkdən kənarda dayanıb. Türkiyə hakimiyyəti böyük sayda suriyalı qaçqınları qəbul etdi. Biz İtaliya olaraq səylərimizi birləşdirmişik. Məsələn, Avropa dənizi sərhədsiz keçənlərə qarşı hansı tədbirlər görür. Biz bu təcrübəni nəzərdən keçirməliyik. Bəşər Əsədin hakimiyyətdən getməsi bir səhv idi. Yekun məqsəd isə ondan ibarət olmalıdır ki, bütün təfərrüatları diqqətimizdən keçirməliyik. Əgər bir uşaq ölürsə, bu, insan dramasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB