"Son 25 ildə Albaniyada böyük dəyişikliklər baş verib. Albaniya hazırda NATO üzvüdür, Balkanlarda nüfuzlu bir ölkədir". SİA-nın xəbərinə görə, bunu IV Qlobal Bakı Forumunda paneldə çıxışı zamanı Albaniya prezidenti Bujar Nişani söyləyib.
Forumun əməkdaşlıq və dostluğu təbliğ etdiyini deyən B. Nişani bildirib ki, Balkan regionu ölkələrinin müştərək layihələrdə iştirakı çox önəmlidir: "Biz əlimizdən gələni edirik ki, Avropa İttifaqına inteqrasiya olunaq. Ölkədə islahatlar həyata keçirilir. Albaniyada müxtəlif dini icmalar var. Bu icmalar əsrlərdir ki, birgə yaşayırlar. Bir məqamı qeyd edim. İkinci Dünya Müharibəsi zamanı yəhudilər çox əziyyət çəkiblər. Albaniya yeganə ölkədir ki, İkinci Dünya Müharibəsindən sonra orada yəhudilərin sayı iki dəfə artıb. Çünki əhali, müxtəlif icmalar yəhudilərə qucaq açmışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB