"Bu gün müxalifət liderləri xalqı o qədər aldadıb ki, nə desələr də, cəmiyyət onlara inanmır". Bunu SİA-ya Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə müxalifət liderlərinin beynəlxalq təşkilatların nümayəndələri ilə görüşə daha çox maraq göstərməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hətta Qərbdən gələnlər də onlara inanmırlar: "Sadəcə olaraq Qərbdən gələnlərə onlar tula kimi lazımdır ki, canavarları qorxutsunlar. Amma başa düşmürlər ki, canavarlar o tulalardan deyil ki, onlardan qorxmaq olsun. Onların əsas məqsədi özlərini gündəmdə saxlamaqdır".
A.Əlizadə əlavə edib ki, ildə bir dəfə müxalifətin birliyi yaradılır: "Hətta onlar birlik üzrə dünya "çempionu"durlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB