İlham Əliyev: "Siyasətçilər və media təmsilçiləri məsuliyyətli olmalıdır"

İlham Əliyev: "Siyasətçilər və media təmsilçiləri məsuliyyətli olmalıdır"

"Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət siyasəti və cəmiyyətin yanaşması bu sahədə fərqlənmir". SİA-nın xəbərinə görə, bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı qeyd edib ki, açılışda müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər: "Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Biz multukulturalizmi təşviq edərək, daha böyük uğurlar qazanacağıq".

Dövlət başçısı bildirib ki, bir aydan sonra Azərbaycanda BMT-nin Sivilizasiyalararası Forumunu keçiriləcək: "Siyasətçilər və media təmsilçiləri də məsuliyyətli olmalıdır. Xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bizə bu lazım deyil. Bu, bizi təcrid olunmağa aparır. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə