Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya üzrə naziri Binəli İldırım Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması yolunda bütün ləngimələrin aradan qaldırılacağını deyib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nazir BTQ-nin həyata keçirilməsində planlaşdırılmamış ləngimələrin olduğunu bildirib, lakin bütün bunların layihənin uğurla yekunlaşmasına mane olmayacağını da sözlərinə əlavə edib.
Onun sözlərinə görə, qatarlar 2016-cı ilin sonunda əvvəlcə yük qatarları, sonra isə sərnişin qatarlarını buraxılacaq: "Daha əvvəl yaranan problemlər tamamilə aradan qaldırılıb. İşlərin yekunlaşdırılması üçün mane ola biləcək heç bir məsələ qalmayıb".
O qeyd edib ki, dəmir yolu magistralının tikintisinin yekunlaşması Avropa, Uzaq Şərq və Qafqaz arasında birbaşa rabitə yaratmağa imkan verəcək: "Bu layihə təkcə Azərbaycana deyil, Türkiyə və Gürcüstana da aiddir və bütün Uzaq Şərq, Mərkəzi Asiya və Avropanı əhatə edir. Biz bu halqanı tamamilə yaratmasaq, tarixi İpək Yolunu tam həcmdə bərpa edə bilməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB