Mehriban Əliyeva İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Mehriban Əliyeva İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşüb. SİA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji sahələrində mövcud olan uğurlu əməkdaşlığı məmnunluqla qeyd etdi.

"Şadam ki, ölkələrimiz arasında humanitar əlaqələr də yaxşı inkişaf edir", - deyən Mehriban Əliyeva son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada bir çox tədbirlərin keçirildiyini bildirdi.

Heydər Əliyev Fondunun prezidenti bu tədbirlərin təşkilində məqsədin Azərbaycan reallıqlarının İtaliya ictimaiyyətinə çatdırmaq olduğunu dedi. Mehriban Əliyeva belə tədbirlərin İtaliya vətəndaşları tərəfindən böyük maraqla qarşılandığını və gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini də vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə