Asim Mollazadə: “İqtisadiyyatın yerinə siyasət ön plana keçdi” AÇIQLAMA
"Avrasiya İttifaqının (Aİ) işlək mexanizmə keçməsi üçün ilk növbədə eyni hüquqlu iqtisadi maraqlar önə çəkilməli idi". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Aİ-na daxil olan ölkələr arasında ticarət, gömrük və bir neçə sahələrdə əməkdaşlıq olmalı idi, eyni zamanda istehsal olunan malların dövriyyəsi hamı üçün eyni hüquqlu prinsiplərlə olmalı idi: "Amma təəssüf ki, bu olmadı. Əslində iqtisadiyyatın yerinə siyasət ön plana keçdi. Burada müəyyən qədər də bir ölkənin dominantlığı, digər ölkələrin öz müstəqilliyi üçün narahatçılığı bu cür birliyi iflasa uğratdı. Əslində hər bir birlik ölkələrin həcmindən deyil, bu ölkələrin birgə eyni hüquqlu prinsiplərlə iqtisadi maraqlar ətrafında birləşməli idi. Lakin iqtisadi layihələrin əksəriyyəti iflasa uğradı. Heç bir ölkənin bu istiqamətdə maraqları ödənilmədiyinə görə belə bir birlik ancaq hansısa Sovet İttifaqının bərpasə xülyasına bənzəyirdi. İndiki zamanda isə bu mümkün olan məsələ deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB