Musa Quliyev: “Onların pensiya yaşları çoxdan çatıb” AÇIQLAMA

Musa Quliyev: “Onların pensiya yaşları çoxdan çatıb” AÇIQLAMA

"Əslində müxalifət cəbhəsində bekarçılıqdı və onlar bilmirlər nə etsinlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev müxalifət liderləri arasındakı qarşılıqlı ittihamlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifət daxilində olan yaşlı və siyasət yollarında qocalmış insanlar artıq özlərinə yer tapa bilmirlər: "Beləcə onlar öz günlərini dedi-qodularla, bir-birlərinə lağ etməklə və s keçirirlər. Əslində bu insanlar dərk etməlidirlər ki, onların çoxdan pensiya yaşları çatıb və evlərinə gedib öz işləri ilə məşğul olmalıdırlar. Yəni siyasi arenada onların bir yeri yoxdur. Beləcə, bu insanların uzun müddət səhnədə qalmaqdan ötrü etdiyi hərəkətlər onları daha da hörmətdən salır. Hətta həmin şəxslər komediya janrının aktyorlarına çevrilirlər. Bu mənada onların hərəkətləri mənasızdır. Bu gün şou aləmində nə baş verirsə, müxalifət düşərgəsinin də ucuz siyasət aləmində eyni hallar təkrarlanır".

Bütün xəbərlər Facebook səhifəmizdə