Aydın Mirzəzadə: “1997-ci ildə birdəfəlik həmsədrlik institutu ortaya çıxdı” AÇIQLAMA
"Hesab edirəm ki, İsveçrə, Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək barədə səsləndirilən təklifləri düşünmək olar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, vaxtilə ATƏT-in Minsk qrupu yaradılanda Minsk qrupunun qarşısında məqsəd Belarusiyanın paytaxtı Minsk şəhərində Dağlıq Qarabağ probleminin həlli üzrə Beynəlxalq Sülh konfransının çağırılması idi: "Həmin konfransa hazırlıq məqsədilə qrupa daxil olan 10 dövlətin hər biri 6 ay müddətinə qrupun sədri vəzifəsini həyata keçirib. Amma sonradan konfransın çağırılması ləngidi. Bununla belə 6 aylıq sədrliyin özü-özünün səmərəsizliyini göstərdi. Buna görə də 1997-ci ildə birdəfəlik həmsədrlik institutu ortaya çıxdı. Həmsədrlik institutu saxlanmaq şərtilə vaxtaşırı Minsk qrupuna daxil olan ölkələrin konfransının çağırılması isə başqa məsələdir. Yəni həmin üzv olan ölkələrin özləri də həmsədrlərin məruzəsini dinləsinlər, ona qiymət və təkliflərini versinlər.
Həmsədrliyin ləğv edilərək 6 aylıq sədrlik institutuna keçirilməsinin problemin həllinə hər hansı bir təsir edəcəyini düşünmürəm. Amma qrupa üzv olan ölkələrin iştirakı ilə konfransın keçirilməsi, həmin dövlətlərin problemin həlli ilə bağlı öz mövqelərini ortaya qoyması əlbəttə ki, düşündürücü məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB