Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib. SİA-nın xəbərinə görə, keçmiş Baş nazir Abdelsalam Al-Macali İordaniyanın Kralı II Abdullahın salamlarını və Forum münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olundu, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib.
Abdelsalam Al-Macali İordaniya Kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB