“Minsk qrupunun tərkibinin dəyişdirilməsi həll prosesini canlandıra bilər” AÇIQLAMA
"ATƏT-in Minsk qrupu həmsədrlərinin əvəzlənməsi və ya digər ölkə nümayəndələrinin həmsədrliyə daxil edilməsi qrupun fəaliyyətinə müsbət təsir göstərə bilər". Bu fikirləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, Minsk qrupunun mövcud fəaliyyəti qaneedici deyil: "Həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə obyektiv mövqe sərgilədiklərini söyləyə bilmərik. Azərbaycan, Ermənistan, Rusiya, ABŞ, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç ATƏT-n Minsk qrupuna üzv dövlətlərdir. Həmsədrlərin dəyişdirilməsi proseduru və bunun həyata keçirilməsi çətin deyil. Eyni zamanda həmsədrlərin sayının artırılması məsələsi də mümkün variantdır. Ölkəmiz Türkiyə və Almaniyanın həmsədr ölkələr sırasına əlavə edilməsi barədə təkliflər edib. Hətta 2008-ci ildə Azərbaycan rəsmi olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi ilə bağlı sorğu da verib".
"Ümumiyyətlə, Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsi münaqişənin həlli prosesində canlanma yarada və yeni ideyaların ortaya çıxmasına təkan verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB