Sumqayıt şəhərində 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bayram şənliyi keçirilib. SİA-nın məlumatına görə, bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, icra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.
Zakir Fərəcov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında şəhərin bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində qəhrəmanlıq, fəallıq nümunəsi göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi, ali hisslərini qoruyub saxlayıblar. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.
Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar təqdim edib.
Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB