Deputatlarımız Latviyaya gedir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Rüstəm Xəlilov, Kamran Bayramov martın 8-də Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər. SİA-nın məlumatına görə, millət vəkilləri bu ölkənin Prezident Administrasiyasında, Parlamentində, Riqa Dumasında, Latviya Bələdiyyələr İttifaqında, Regional İnkişaf və Maliyyə nazirliklərində, müxtəlif yerli özünüidarəetmə orqanlarında olacaq, bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə regional siyasət və yerli özünüidarəetmə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər martın 13-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə