8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhkuma şəxsiyyət vəsiqələrinin təqdim olunma mərasimi keçirilib. Penitensiar xidmətdən SİA-ya verilən məlumata görə, Penitensiar xidmət və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən şəxsiyyəti təsdiq edən sənədi olmayan 24 məhkuma şəxsiyyət vəsiqələri təqdim edilib.
Penitensiar xidmət rəhbərliyi şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
Xidmət rəhbərliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məhkum qadınları təbrik edərək, onlara möhkəm cansağlığı, gələcəkdə azad həyat, ailə sevgisi və əsl qadın səadəti arzulayıb.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbir məhkum qadınlardan ibarət özfəaliyyət kollektivinin konsert proqramı ilə başa çatıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB