Politoloq: "Kristofer Smit erməni lobbisinin təsiri ilə hərəkət edir" AÇIQLAMA
"Bəzi ABŞ konqresmenləri lobbilərin təsir imkanlarında fəaliyyət göstərirlər. Həmin konqresmenlərdən biri də Kristofer Smitdir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
O qeyd edib ki, Kristofer Smit sanki məvacibi Azərbaycan dövlətinə qarşı çıxdığına və göstərmiş olduğu qərəzli mövqeyinə görə alır: "İl başlayandan bitənə kimi bu insan ölkəmiz və dövlətimiz haqqında həqiqətə uyğun olmayan, qərəzli fikirləri ilə gündəmə gəlir. Bütün bunların haradan qaynaqlandığı bilmək çətin deyil. K.Smit erməni lobbisinin təsiri ilə hərəkət edir. Hər kəsə məlumdur ki, ermənilər belə konqresmenləri və bəzi "hüquq müdafiəçiləri"ni müxtəlif yollarla alıb, ölkəmiz haqqında həqiqəti əks etdirməyən, qərəzli mövqe sərgiləmələri üçün yönləndirirlər".
Politoloq bildirib ki, Azərbaycan diplomatları K.Smitin əsassız iddialarının cavabını verir və dünya ölkələri onun sözlərinin sadəcə qərəzdən irəli gəldiyini görür.
R.Alıyev deyib ki, diaspora fəaliyyətimiz daha da güclənməli və Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətə hər bir azərbaycanlı bütün gücü ilə dəstək olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB