Mübariz Əhmədoğlu: "XİN-in aktivləşməsi artıq effekt yaradıb" AÇIQLAMA

Mübariz Əhmədoğlu: "XİN-in aktivləşməsi artıq effekt yaradıb" AÇIQLAMA

"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) analitik marteriallara, rəsmi məlumatlara və digər mənbələrə istinad edərək "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" adlı hesabat hazırlayıb beynəlxalq təşkilatların, ilk növbədə isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqətinə çatdırıb. XİN fəaliyyətini daha da aktivləşdirir və daha detallı yeni elementlər təqdim edir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi həmsədrlərə demarş verir və bunun ardınca XİN-nin belə sənədlər yayması gözlənilən idi: "Bu, önəmli addımdır. XİN-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüş də uzun davam edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi uzun və detallı şəkildə müzakirə olunub. Cənab Prezident də qəbul zamanı F.Mogerini ilə daha çox Dağlıq Qarabağ məsələsi haqda danışıb. XİN-nin bu istiqamətdə aktivləşməsi bundan sonra da davam edəcək. Bu addım artıq effekt yaradıb. Bundan sonra daha çox effektlərini görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə