Federika Moqerini: “Münaqişənin sülh yolu ilə həlli Aİ üçün əsas prioritetdir”
"Avropa İttifaqı energetika, regional təhlükəsizlik və qanunun aliliyi sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərir". SİA-nın məlumatına görə, bunu bu gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə səsləndirib.
Onun sözlərinə görə, Aİ və Azərbaycanın münasibətlərin inkişafında ümumi maraqları var. Məqsədimiz geniş və hərtərəfli əməkdaşlığa nail olmaqdan ibarətdir: "Münasibətlərdə hələ də bəzi çətinliklər var, lakin hazırda siyasi və iqtisadi əməkdaşlığın eyni vaxtda inkişafının zəruriliyini anlamağa daha yaxınıq".
O həmçinin əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün əsas prioritet olaraq qalır: "ATƏT-in Minsk qrupu hər kəsin razılıq verdiyi, BMT Təhlükəsizlik Şurasının təqdir etdiyi formatdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB