Ekspert: "Prezidentlərin telefon danışıqları regionda sülhə təkan verir” AÇIQLAMA
"Son vaxtlar regionda, o cümlədən yaxın ətrafımızda baş verən hadisələr anbaan dəyişir və maraqla izlənilir. Belə bir həssas məqamda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında kiçik aralıqla iki dəfə telefon danışıqları bir sıra dairələrin ciddi marağına və müzakirələrinə səbəb olub". Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib.
Ekspert əslində bu halın çox normal praktika sayılmalı olduğunu qeyd edərək bildirib ki, mütəmadi olaraq region dövlətlərinin başçılarının yaranmış iqtisadi, isqtisadi-siyasi, hərbi məsələlərlə bağlı vəziyyətləri təkcə təmsil olunduqları ölkələrin diplomatik nümayəndələrinin- səfirlərin, konsulların vasitəsi ilə deyil, birbaşa təmaslar qurmaqla müzakirə aparmaqları və müvafiq addımlar atmaları normal haldır: "Hesab edirəm ki, iki dövlət başçısı arasında baş vermiş telefon danışıqları da çox mühüm və təxirəsalınmaz məsələlərin həlliylə daha çox bağlı olduğundan belə zərurət yaranıb. Danışıqların ictimaiyyətə və mətbuata açıq olan hissəsində bildirlib ki, prezident İham Əliyev və Vladimir Putin, əsasən, iki ölkə arasında ticarət- iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda prezidentlər digər aktual məsələləri də müzakirə ediblər. Bu məsələlər içərisində ən başlıcası sözsüz ki, Suriya münaqişəsinin nizamlanması məsələləri olub. Böyük ehtimalla aparılan fikir mübadiləsi zamanı Suriyada hərbi əməliyyatların dayandırılması barədə qəbul olunan bəyannamənin həyata keçirilməsinin yolları və metodları, həmçinin iki ölkənin bu mühüm məsələdə ortaq əməkdaşlığı və sairə işlərin də müzakirə olunduğu şübhəsizdir. Belə təmaslar təkcə dünya miqyaslı problemlərin deyil, regionla bağlı məsələlərin də operativ və sülh yolu ilə həllinə böyük təkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB