Elman Məmmədov: “Avropanın bir neçə dövlətinin burada marağı var” AÇIQLAMA

Elman Məmmədov: “Avropanın bir neçə dövlətinin burada marağı var” AÇIQLAMA

"Mən inanmıram ki, Suriyada elektron müharibə gedəcəyi təqdirdə Rusiya geri çəkilməyə məcbur olsun və Suriyadakı mövqeyini zəiflətsin". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, burada cürbəcür məsələlər (ABŞ-ın ikinci planı, Suriyanın parçalanması və bütöv Suriya dövlətinin olmaması və s.) gözlənilir: "Əlbəttə Suriyanın başına gətirilən bu müsibətləri xarici qüvvələrin təsiri ilə gətirən Bəşər Əsəd heç də iradəsindən asılı deyil. Bu gün tək Suriyada deyil, ümumiyyətlə o regionda nəzarətlərini gücləndirmək iddiasında olan böyük dövlətlərin diqtəsindən, iradəsindən asılı olan vəziyyət yaranacaq. Təbii ki, burada ABŞ, Rusiya və Türkiyə faktoru nəzərdə tutulur. Avropanın bir neçə dövlətinin də burada marağı var. İndi hansı tərəfin daha operativ, güclü olacağı və s. zaman göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə