Politoloq: "Suriyadakı atəşkəs böyük güclərin maraqlarına hesablanıb" AÇIQLAMA

Politoloq: "Suriyadakı atəşkəs böyük güclərin maraqlarına hesablanıb" AÇIQLAMA

"Əslində Suriyada həm xalq, həm də dövlət istəyirdi ki, ölkədə vətəndaş müharibəsi olmasın, daxili hakimiyyət və sərvətlərin ələ keçirilməsi uğrunda aparılan çirkin müharibə tez bir zamanda dayandırılsın, sülh və barış olsun". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

O qeyd edib ki, bir çox ölkələrdə olduğu kimi, Suriyada da xalqın deyil, böyük güclərin istəyi önəmlidir: "Minlərlə insan həlak oldu, öz doğma yurd-yuvalarını tərk ədərək miqrant halında qonşu dövlətlərə və Avropa ölkələrinə üz tutdular. Burada sadəcə olaraq böyük güclərin öz maraqlarını həyata keçirmək üçün qurduğu planlar işlədi və ən çox eziyyəti yerli əhali çəkdi. Bu günlərdə əldə olunan atəşkəsə də böyük güclərin arasında gədən soyuq müharibəyə bir az ara vermələri səbəb oldu".

Politoloq bildirib ki, Suriyadakı atəşkəs böyük güclərin maraqlarına hesablanmış addımdır: "İnandırıcı deyil ki, burada əldə olunmuş atəşkəs uzun sürən bir saziş olsun. Ancaq ola bilsin ki, böyük güclər hakimiyyəti ələ keçirmək və hakimiyyətdə qalmaq uğurunda mübarizəni müvəqqəti olaraq başqa formaya daşısınlar və biz də qarşıda Suriyada hakimiyyət uğrunda gedən bu kəskin mübarizəni başqa formada izləyək. Nəticə olaraq isə, onu deməliyəm ki, ümumilikdə Suriyada gedən mühahibələr o zaman dayanacaq ki, böyük güclər burada olan maraqlarından əl çəkəcək və regionda yaşayan xalqın marağını düşünəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə