"Ümumiyyətlə Suriya ilə bağlı məsələ bir qədər müəmmalı məsələdir. Çünki Suriyadakı proseslərin başlanmasında birbaşa ABŞ-dakı bəzi qüvvələrin rolu olub". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, bütün bunlar "Ərəb baharı"nın növbəti estafeti idi: "Sadəcə bütün dünyanın Amerikanı qınaması, orada prezident seçkilərinin keçirilməsi və s. qlobal məsələləri gündəmə gətirir. Məsələ burasındadır ki, bu gün ABŞ tək Suriya məsələsini deyil, eyni zamanda Rusiya məsələsini də düşünür və fon yaratmağa çalışır. Ümumiyyətlə dünyanın qlobal siyasətində öz mövqeyini möhkəmlətməyə çalışır. Mən Amerika rəsmisinin, ümumlikdə isə ABŞ-ın Suriya ilə bağlı təkliflərini səmimi bir təklif kimi dəyərləndirmirəm. Hesab edirəm ki, bu bir blefdir. Burada tamamilə başqa məqsədlər güdülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB