Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 fevral 2016-cı il tarixində Ağsu şəhərində, Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. FHN-dən SİA-ya verilən məlumata görə, qəbulda yalnız Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) 24 fevral 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB