Azər Həsrət: “Gərək qardaşlarımız da bizi başa düşsün” AÇIQLAMA
"Bu cür ittihamlar, küsülülər həmişə olub və olacaq da. Biz Azərbaycan xalqı olaraq Suriya türkmənlərinin yanındayıq. Təbii ki, gücümüz yetdiyi qədər". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət Suriya türkmənlərinin liderinin Azərbaycanı onlara kömək etməməsinə görə qınamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti onların taleyinə biganə deyil: "Sadəcə geopolitik gerçəklərin imkan verdiyi çərçivədən kənara çıxa bilmərik. Yəni Azərbaycan super güc deyil ki, xaricdə baş verən proseslərə çılğın və açıq müdaxilələr etsin. O baxımdan gərək qardaşlarımız da bizi başa düşsün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB