İqtisadçı: “Bəzi banklar insanlara pulu qiymətləndirmədən verir” AÇIQLAMA

İqtisadçı: “Bəzi banklar insanlara pulu qiymətləndirmədən verir” AÇIQLAMA

"Bəzi banklar müştərilərinə pulu qiymətləndirmədən verir. Bu gün dollarla verilən kreditlər də buna əyani sübutdur. Əhalininin banka hər ay ödəyəcəyi pul onun əmək haqqından 2 dəfə çoxdur. Bunun da günahkarı bilavasitə banklardır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Nicat Hacızadə deyib.

İqtisadçı təəssüflə bildirib ki, Mərkəzi Bank bu tip banklarla bağlı ciddi addımlar atmayıb: "Sırf ev və ya mülkün alınması hər iki tərəf arasında əldə olunan razılığa və bazar qiymətinə uyğun tənzimlənməlidir. Bankın niyyəti vədəndaşın əmlakını müsadirə etmək deyil, vətəndaşa kömək etməlidir. Mən çox istərdim dövlət kredit məsələləri ilə bağlı problemləri öz nəzarətinə götürsün. Bəlkə bundan sonra irəliləyiş oldu. Çünki müvafiq qurumlar son 10 ildə məsələyə ciddi müdaxilə edə bilməyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə