ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp bu dəfə Cənubi Karolinada respublikaçılar arasında keçirilən seçkilərdə qalib kimi müəyyənləşib. O, əsas konkurentləri Mark Rubionu və Ted Kruzu 10 faiz qabaqlayıb. SİA "Rossiya 24"ə istinadən xəbər verir ki, seçkinin nəticələrini qiymətləndirən milyarderə görə, onun öz partiyadaşları qarşısında əldə etdiyi qələbə həlledici olub. Lakin buna rəğmən o, mübarizənin hələ başa çatmadığını da deyib. O, bu dəfə Nevadada fevralın 23-də keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşdığını deyib.
Tramp seçkiöncəsi çıxışında deyib ki, onu daha çox miqrasiya ətrafında düşünən elektorat maraqlandırır.
"Siz İsraillə maraqlanıb, sərhəddə tikilən divarların nə dərəcə səmərə verdiyini öyrənə bilərsiniz. Onlar səmərə verirlər! Mənə bəzi siyasətçilər yaxınlaşır və 95 mərtəbəli göydələn tikəcəkmişəm kimi soruşurlar ki, həqiqətənmi bu divarı tikə bilərəm? Ancaq bu, çox sadədir. Buraya gedəcək material daş və sementdir. Başqa tikinti materiallarına ehtiyac yoxdur! Biz çox gözəl divar tikəcəyik. Hətta həmin divara mənim adımı da verə bilərlər. Özü də bu divar bəs etməyə də bilər. Ona görə də yeni üsul da düşünməli olacam" -deyə, milyarder namizəd vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB