Elçin Quliyev vətəndaşları qəbul edib

Elçin Quliyev vətəndaşları qəbul edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev fevralın 18-də Lənkəran Sərhəd Dəstəsində Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib. DSX-dən SİA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində işə qəbulu, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri, qaldırılan məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə