“Torpaqların münbitliyi haqqında” qanunun tətbiqində dəyişiklik edildi

“Torpaqların münbitliyi haqqında” qanunun tətbiqində dəyişiklik edildi

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli fərmanında dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003 cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584; 2007, № 2, maddə 87; 2009, № 4, maddə 226; 2014, № 10, maddələr 1201, 1206, № 12, maddə 1553) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 1.4-cü bəndlərdə "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin.

2. 1.3-cü bənddə "yerli icra hakimiyyəti orqanları" sözlərindən sonra "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (torpaqların təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasına, konservasiya edilməsinə dair təkliflərin verilməsi hissəsində)" sözləri əlavə edilsin və "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi," sözləri çıxarılsın.

3. Həmin Fərmanla təsdiq edilmiş "Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4-cü və 5-ci hissələrində "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin".

Dövlət başçısı həmçinin "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli fərmanında dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərar alıram: "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 412; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin: Həmin Qanunun 4-cü maddəsinin üçüncü hissəsində və 18-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər".

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanında dəyişikliklər edilməsi ilə bağlı Prezident İlham Əliyev Fərmanında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 86) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6-cı, 1.8-ci, 1.9-cu və 1.12-ci bəndlərdən ", Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri çıxarılsın.

2. 1.11-ci bənddə "və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər" sözləri "həyata keçirir" sözləri ilə əvəz edilsin".

Ölkə başçısı Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə də Fərman imzalayıb.

Sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1063; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin.

2. 2.3-cü bənddən ", Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında" sözləri çıxarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə