Ekspert: “Ermənistan ordusu Rusiyanın hesabına 74-cü yerdə qərarlaşıb” AÇIQLAMA
"ABŞ-ın "Global Firepower" araşdırma mərkəzi tərəfindən dünyanın ən güclü ordularının siyahısında Azərbaycan ordusunun 64-cü yerdə olması ölkəmizin uğurlarında sayılır". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın son ildə müdafiə, təhlükəsizlik sahəsində əldə etdiyi nəticələr çoxlarında bir həsrət yaradır ki, axı necə oldu ki, qısa zamanda ölkə böyük müvəffəqiyyətlərə nail oldu: "Keçmiş Sovetdən qalmış texnika, silah-sursat yeniləri ilə əvəzləndi və yeni müqavilələr bağlandı. Hələ bundan sonra da onun davamı gələcək. Amma Ermənistan ordusu Rusiyanın hesabına reytinq cədvəlində 74-cü yerdə qərarlaşıb. Axı işğalçı ölkənin hansı imkanları var? Rusiya və onun verdiyi silah-sursat olmasa idi Ermənistan bəlkə də axırıncı yerlərdən birini tutardı.
Son illər həqiqətən də Azərbaycan Silahlı Qüvvələri çox uğurlu silah-sursatlar əldə edib, müasir helikopterlər, özü yeriyən artileriya qurğuları alınıb və s. Amma biz bunu gizlətmirik. Bütün bunlara baxmayaraq, beynəlxalq qurumların dəstəyi, ATƏT-in Minsk qrupu həmsədrlərinin passivliyi nəticəsində Ermənistan öz işğalçılıq siyasətini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB