BAXCP rəsmisi: “Onların təxribat xarakterli fikirlərinə uymamalıyıq” AÇIQLAMA

BAXCP rəsmisi: “Onların təxribat xarakterli fikirlərinə uymamalıyıq” AÇIQLAMA

"Ümumiyyətlə istər Leyla və Arif Yunuslar olsun, istərsə də bu və ya digər ölkədə sığınacaq tapanlar Azərbaycana qarşı müxtəlif aspektlərdə təxribat xarakterli yalanlar uydururlar". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.

Onun sözlərinə görə, onlar dünya ictimaiyyətində insanların fikrini çaşdırırlar: "Ona görə də onlar Qərb ölkələrinə çıxmaq istəyirlər ki, orada bunlara sığınacaq verirlər, vəsaitlə təmin edirlər. Həmin insanlar bir növ alət rolunu oynayırlar və yeri gələndə Azərbaycana qarşı istifadə edirlər. O baxımdan Leyla və Arif Yunusların xaricə səfər etməkdə maraqlı olmalarında heç bir qəribəçilik görmürəm. Bu gün Azərbaycan həm daxili, həm də xarici siyasətdə öz yolu ilə gedir. Biz onların təxribat xarakterli fikirlərinə uymamalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə