"Son vaxtlar Rusiya-Türkiyə gərginliyinin pik həddə çatması eyni zamanda NATO-nu da narahat edir". Bu barədə SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, əsas məqamlardan biri Türkiyənin NATO üzvü olmasıdır: "Bu münaqişə eyni zamanda regional münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir edir və hətta daha da gərginləşdirir. Buna sərhəddə və təmas xəttində son vaxtlar baş verənləri misal gətirmək olar. Bununla bağlı NATO baş katibi Yens Stoltenberqin bəyanatını və narahatlığını qeyd etmək olar. Tövsiyə xarakterli bu bəyanat tərəflərə iradə nümayişi çağırışıdır. Hər iki tərəfi NATO tərəfdaşları adlandıran NATO rəsmisi dialoqun vacibliyini bir daha vurğulayır və yəqin ki, bu məqsədlə məhz yerlərdə görüş keçirmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya nümayəndəsi Ceyms Appaturayı bölgəyə, Azərbaycana ezam edir. Düşünürəm ki,gəlişin məqsədi əsasən budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB