Ekspert: “Dini siyasiləşdirmək olmaz” MÜNASİBƏT

Ekspert: “Dini siyasiləşdirmək olmaz” MÜNASİBƏT

"Roma Papası ilə Rus Pravoslav Kilsəsinin rəhbəri cəmiyyətə çox həssas olan məsələlərlə məşğuldurlar". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, din elə bir məhfumdur ki, dini etiqadlı adamların hər birinə aiddir: "Ona görə də bu insanların qərarları, görüşləri və s. cəmiyyətdə vətəndaşlar arasında olan münasibətlərə böyük təsiri var. Bu gün Rusiyada, Avropa ölkələrinin çoxunda kilsə dövlətdən ayrıdır. Yəni onu siyasiləşdirmək olmaz".

Qeyd edək ki, Kubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş olub. Bu, tarixdə Rus Pravoslav və Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür. Kirill və Fransisk arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Din rəhbərləri dünya ictimaiyyətini birləşərək terrorizmə son qoymağa çağırıblar.

"Münaqişələrə son qoymaq, insan həyatına dünyanın hər bir guşəsində hörmətlə yanaşılması naminə birgə çalışmalıyıq"- deyə Patriarx Kirill qeyd edib. Roma Papası, öz növbəsində, danışıqların səmimi şəraitdə keçdiyini vurğulayıb: "Biz iki qardaş kimi söhbət etdik. Çünki dinimiz birdir və eyni yolları arayırıq".

Tərəflər Kuba hökumətinə görüşün keçirilməsinə imkan yaratdıqlarına görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə